reklam
Sportfm.az xəbər saytı

"O, məşqçi deyil, vəhşidir..." -VİDEO


Sumqayıtda idman zalında 7 yaşlı uşağın ölümü ilə nəticələnən dəhşətli olaydan sonra gözlər yenidən müxtəlif idman növləri üzrə məşqçilərin fəaliyyətinə yönəldi. Sambo üzrə müəyyən nəticələri olan Mehman Xəlilovun əslində cüdo məşqçisi olmadığı, uşaqlarla dəfələrlə pis rəftar etməsi, yayılan görüntülərdə onun azyaşlı idmançılara qarşı kobud davranışları, aqressiyası hazırda əsas müzakirə mövzusudur.

Ölkə ictimaiyyətini sarsıdan hadisə ilə bağlı cüdo üzrə tanınmış qocaman məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovdan müsahibə aldıq. Tərlan müəllim bir çox vacib məqamlara toxunaraq, əslində balaca idmançılarla necə davranmaq lazım olduğunu izah etməklə yanaşı, dırnaqarası məşqçi olan Xəlilovun etdiklərinin də idman yox, vəhşilik olduğunu bildirdi. Müsahibəni aşağıdakı linkdən izləyə bilərsiz. 

 

 

Oxşar xəbərlər

Təhsil Nazirliyinin balansında olan idman zalları bağlandı – EKSKLÜZİV
İdman naziri 7 yaşlı uşağın ölümündən danışdı
Nazim Hüseynova “Əməkdar idman xadimi” adı verildi
39 nəfərə fəxri ad verildi - “5 mart - Bədən tərbiyəsi və idman günü”
Anar Salmanova fəxri ad verildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər