reklam
Bu yarış Azərbaycanda ilk dəfə keçiriləcək
Sportfm.az xəbər saytı

Bu yarış Azərbaycanda ilk dəfə keçiriləcək


Azərbaycan ilk dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna ev sahibliyi edəcək.

Sportfm.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış 6-7 mayda Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.

Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirdə 20 ölkədən (Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa, Portuqaliya və s.) 300-ə yaxın idmançı iştirak edəcək.

Avropa kuboku regionda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır. Yarışın təşkili cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək.

Oxşar xəbərlər

Avropa Kuboku Göygöldə keçiriləcək
Azərbaycan Avropa Kubokuna ev sahibliyi edəcək - İlk dəfə
Beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək
Bakıda keçiriləcək boks turnirində 11 ölkə iştirak edəcək
Göygöldə Avropa Kuboku keçiriləcək - Azərbaycanda bir ilk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər