Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avropa Kuboku Göygöldə keçiriləcək
Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək.
Sportfm.az xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış mayın 4-5-də yenidən Göygöldə baş tutacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır.
O, bu yarışın yeniyetmələrdən ibarət milli üzvlərinin öz peşəkarlıqlarını artırmaları, Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.
Qeyd edək ki, turnir bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq.

Oxşar xəbərlər
Göygöldə Avropa Kubokunun püşkatma mərasimi keçirildi
Bu yarış Azərbaycanda ilk dəfə keçiriləcək
Azərbaycan Avropa Kubokuna ev sahibliyi edəcək - İlk dəfə
Göygöldə Avropa Kuboku keçiriləcək - Azərbaycanda bir ilk
Cüdo üzrə Azərbaycan birinciliyinə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin