Azərbaycan Avropa Kubokuna ev sahibliyi edəcək -İlk dəfə
Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.
Sportfm.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış mayın 6-sı və 7-də Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.
Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirdə 20 ölkədən (Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa, Portuqaliya və s.) 300-ə yaxın idmançı iştirak edəcək.
Avropa kuboku regionda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır. Yarışın təşkili cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək. Eyni zamanda, turnirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması onun Azərbaycanın güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyi göstərir.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası növbəti illərdə də Avropa kuboku yarışının ölkəmizdə ənənəvi şəkildə təşkil edilməsi ilə bağlı Avropa Cüdo Birliyi ilə əməkdaşlıq etməyə davam edəcək.
Oxşar xəbərlər
Avropa Kuboku Göygöldə keçiriləcək
Bu yarış Azərbaycanda ilk dəfə keçiriləcək
“Prezident Kuboku”nun təqvimi açıqlandı
Göygöldə Avropa Kuboku keçiriləcək - Azərbaycanda bir ilk
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası