reklam
Sportfm.az xəbər saytı

"Turan Tovuz"un qapıçısının cəzası azaldıldı -QƏRAR


AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Turan Tovuz"un qapıçısı Kamal Bayramovla bağlı müraciətin nəticəsini açıqlayıb.

Sportfm.az xəbər verir ki, “Turan Tovuz” Peşəkar Futbol Klubunun qapıçısı Kamal Bayramov barəsində qəbul edilmiş İntizam Komitəsinin qərarının 3 oyun oyunlardan kənarlaşdırılmasına dair sanksiyasının icra edilməyən 2 oyun kənarlaşdırılmaya dair hissəsinin icrası 1 oyunluq dayandırılıb  və buna görə 6 ay sınaq müddəti təyin olunub. 
Sınaq dövründə oyunçu qayda pozuntularına yol verərsə, sanksiyanın dayandırılmış hissəsinin avtomatik olaraq bərpa olunacağı və yeni sanksiyanın əvvəlki sanksiyaya tam şəkildə əlavə olunacağı maraqlı tərəflərin nəzərinə çatdırılıb.

 

Qeyd edək ki,  Kamal Bayramov Misli Premyer Liqasının 30-cu turunda “Kəpəz”ə qarşı matç bitdikdən sonra rəqib futbolçuları təhqir etdiyinə görə 3 oyun cəzalanmış, klub 1600 manat cərimə edilmişdi.

Oxşar xəbərlər

İntizam Komitəsinin qərarları açıqlandı
"Turan Tovuz"la "Kəpəz" cərimələndi - QƏRAR
AFFA "Qəbələ"nin şikayətini təmin etdi
AFFA "Sabah"ı razı saldı
Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər