AFFA "Qəbələ"nin şikayətini təmin etdi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin apellyasiya şikayətini təmin edib.
Sportfm.az xəbər verir ki, AFFA İntizam Komitəsinin sentyabrın 23-də "Qəbələ"nin futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunub.
AFFA İntizam Komitəsinin sentyabrın 23-dəki tarixli qərarına əsasən futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsində verilən 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası ləğv edilib.
Qeyd edək ki, Misli Premyer Liqasının 7-ci turunda “Qəbələ” – “Sumqayıt” oyununun (1:0) 84-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanmış, klub 1600 manat cərimə olunmuşdu.
Oxşar xəbərlər
“Neftçi”nin baş məşqçisi bağışlanmadı - Qərar
“Neftçi”nin şikayəti təmin edilmədi - AFFA
"Sabah"a verilən cərimə ləğv edildi
AFFA "Sabah"ı razı saldı
AFFA "Sumqayıt"ın şikayətini təmin etdi - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası