Kapitan Azərbaycan kubokunun finalını buraxacaq
"Qəbələ"nin kapitanı Asif Məmmədov Azərbaycan kubokunun finalında "Neftçi"yə qarşı oynamayacaq.
Sportfm.az xəbər verir ki, buna səbəb 35 yaşlı yarımmüdafiəçinin sarı vərəqə limitini aşmasıdır. O, yarımfinalda "Səbail"lə həm ilk matçda (3:2), həm də cavab görüşündə (1:0) sarı vərəqə ilə cəzalandırılıb.
A.Məmmodov bu durumla bağlı Qol.az-a açıqlamasında bildirib: "Təssüf ki, finalda özüm iştirak edə bilməyəcəyəm. Çünki 2 sarı vərəqə almışam. Özümə sarı vərəqə göstərilib deyə demirəm, məncə, qırmızı vərəqə heç, amma sarı vərəqə limiti ləğv edilsə, finalda güzəşt edilsə, yaxşı olar. Yenə də sevinirəm ki, komandamız finaldadır".
Qeyd edək ki, "Qəbələ" və "Neftçi" arasındakı həlledici matç iyununn 3-də "Bakcell Arena"da olacaq.
Oxşar xəbərlər
"Turan" - "Sumqayıt": kimlər diqqətli olmalıdı!
5 nəfər limitdə...
Premyer Liqanın intizamlı və intizamsız klubları
17-ci turu buraxacaq futbolçular
Azərbaycan çempionatının ən intizamsız komandası açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası