Türkiyəli ağırlıqqaldıranlar Bakıda -"Formula 1"i izləyirlər
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə dəvət etdiyi ağırlıqqaldırma üzrə Türkiyə millisinin üzvləri Nuray Güngör, Cansu Bektaş və Qamze Altun Bakıdadırlar.
Sportfm.az xəbər verir ki, onlar “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisini izləyirlər. Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov öz Feysbuk hesabında paylaşıb. O, sözügedən idmançılarla şəkil çəkdirib və bunu izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, aprel ayında İrəvanda keçirilən Avropa çempionatında Nuray Güngör və Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanmışdı. Onlar uğurlarını Azərbaycana həsr etmişdilər. Bundan sonra ölkə başçısı idmançıları Azərbaycana dəvət etmişdi.
Əlavə edək ki, bu gün start götürən Azərbaycan Qran-prisində əsas yarış aprelin 30-da keçiriləcək.
Oxşar xəbərlər
Prezident türkiyəli atletləri təltif etdi - “Tərəqqi” medalı ilə
Türkiyəli atletlər dövlət başçısına və xanımına təşəkkür etdi - VİDEO
İlham Əliyev İrəvanda medal qazanan türk idmançıları təbrik etdi
İrəvanda qazandığı qələbəni Azərbaycana həsr etdi - VİDEO
Ermənistanda Türkiyə himni səsləndi - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Millimizə seçimlər davam edir
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək
-
Aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqlandı - AFFA















Misli Premyer Liqası