Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Tovuzdan 5 avtobus azarkeş gəldi -Azərbaycan Kuboku
Bu gün Azərbaycan kubokunun yarımfinalının cavab matçında “Neftçi”nin qonağı olacaq “Turan Tovuz”u səfər matçında xeyli azarkeş dəstəkləyəcək.
Sportfm.az xəbər verir ki, Tovuzdan azı 5 avtobus Bakıya yola düşüb. Şəxsi maşınları ilə paytaxta gələnlər də az deyil. Tovuzdan təxminən 500 azarkeş Bakıya yollanıb.
Bundan başqa, klub “Bakcell Arena”dakı matç üçün 5A sektoruna 800 bilet alaraq azarkeşlərə paylayıb. Oyunda 1000-dən artıq “Turan Tovuz” azarkeşinin olacağı gözlənilir.
Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” matçı saat 20:00-da başlayacaq. Komandalar arasında keçirilən ilk oyunda “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
"Turan Tovuz" "Neftçi"yə 4 qolla qalib gəldi - Misli Premyer Liqası
“Neftçi” finala çıxa biləcəkmi? - Ölkə Kuboku
7 min tamaşaçı - mövsümdə ikinci göstərici
“Neftçi” – “Turan Tovuz” matçının biletləri satışda - Misli Premyer Liqası
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası