"Turan Tovuz" "Neftçi"yə 4 qolla qalib gəldi -Misli Premyer Liqası
Misli Premyer Liqasında 33-cü turun oyunları davam edir.
Sportfm.az xəbər verir ki, bu gün "Neftçi" səfərdə "Turan Tovuz"un qonağı olub. Oyunda gözlənilməz hesab qeydə alınıb. Meydan sahibləri paytaxt təmsilçisinə 4 cavabsız qolla qalib gəlib. "Turan Tovuz"un heyətində Runi Eva het-trik edib. Bu, Tovuz klubunun mövsümdə ilk böyükhesablı qələbəsidir.
Xatırladaq ki, Azərbaycan kubokunun yarımfinalında da bu komandalar üz-üzə gəlmişdi. İlk oyunda "Turan Tovuz" 1:0 hesablı qələbə qazansa da, cavab matçında "Neftçi" 2:0 qalib gələrək finala yüksəlib.
7 may (bazar)
15:00. “Turan Tovuz” – “Neftçi” - 4:0
Qollar: Runi Eva, 16, Roderik Miller, 21, Runi Eva, 44, 61
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu
Oxşar xəbərlər
"Turan Tovuz" "Kəpəz"i böyük hesabla uddu - Misli Premyer Liqası
"Neftçi" "Turan Tovuz"a qalib gəldi - Misli Premyer Liqası
"Səbail" "Turan Tovuz"a qalib gəldi - Misli Premyer Liqası
"Turan Tovuz" yarımfinalda - Azərbaycan Kuboku
"Turan Tovuz" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası