Yığmamız Avropa üçüncüsü oldu
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, qitə birinciliyində bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamız 76 xalla komanda hesabında üçüncü yeri tutub. Rusiya (192) birinci, Türkiyə (132) isə ikinci olub.
Millimizə ən çox xalı finaladək irəliləyən İslam Abbasov qazandırıb. Avropa ikinciliyinə görə komandamızın hesabına 20 xal yazılıb. Bürünc medalçılar - Eldəniz Əzizli və Taleh Məmmədovdan hərəyə 15 xal gəlsə də, medal görüşündən məğlub ayrılan Orxan Nuriyevin əldə etdiyi xal 10-a bərabər olub. Yığmamıza digər xallar Sabah Şəriəti (8), Murad Məmmədov (6) və debütant Ülvi Qənizadədən (2) gəlib.
Oxşar xəbərlər
Güləşimizdə yeni uğur - Avropa çempionatı
Yığmamız Avropa dördüncüsü oldu - Bir gümüş və üç bürünc medalla
Güləş yığmamız Avropa ikincisi oldu
Azərbaycan millisi Avropa çempionatında üçüncü oldu
Yığmamız Avropa üçüncüsü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası