Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan klubunun baş məşqçisinin illik qazancı açıqlandı - 1 MİLYON DOLLAR
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb.
Sportfm.az saytı report.az-a istinadən bildirir ki, bu barədə Latviya Futbol Federasiyasının (LFF) baş katibi Yanis Majetskis açıqlama verib.
O bildirib ki, ukraynalı mütəxəssisə Latviya yığmasında baş məşqçi postunu təklif etdikləri vaxt onun əmək haqqı ilə də maraqlanıb: "Qriqorçukla əmək haqqı barədə söhbətimiz olmadı. Amma qeyri-rəsmi danışıqlardan eşitdim ki, o, ildə bir milyon dollar civarında qazanır".
Baş katibin sözlərinə görə, yığmanın yeni baş məşqçisinin əmək haqqı Qriqorçukun qazancından 10 dəfə azdır: "LFF baş məşqçiyə 1 milyon dollar ödəməyi özünə rəva görməz. Aleksandr Starkova 10 dəfə az məbləğdə maaş veririk".
Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ"də 2015-ci ilin yanvarından çalışır. Onunla hazırkı anlaşma yayda başa çatacaq.
Oxşar xəbərlər
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Azərbaycanda futbolçuların orta illik əmək haqqı açıqlandı - SİYAHI
Ən çox qazanan onlardır - SİYAHI
Baş məşqçiyə 80 milyon funt sterlinq təklif edəcəklər!
Bir günə 87 min dollar qazanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası