reklam
Baş məşqçiyə 80 milyon funt sterlinq təklif edəcəklər!
Sportfm.az xəbər saytı

Baş məşqçiyə 80 milyon funt sterlinq təklif edəcəklər!


İngiltərinin "Mançester Siti" futbol klubunun rəhbərliyi baş məşqçi Xosep Qvardiolaya yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, 46 yaşlı mütəxəssis üçün gələn yay 80 milyon funt sterlinq qarşılığında 4 illik sözləşmə təklifi irəli sürüləcək. Qvardiola 2016-c il fevralın 1-də "Mançester Siti" ilə 3 illik müqavilə bağlayıb. Onun hazırkı illik əmək haqqı 20 milyon avrodur. İspaniyalı baş məşqçi ötən ilin yayından "şəhərlilər"in sükanı arxasındadır. Yeni müqaviləyə əsasən, o, ildə 20 milyon funt sterlinq qazanacaq. 

"Mançester Siti" rəhbərliyi Qvardiolanın köməyi ilə, "Mançester Yunayted"ə 27 il rəhbərlik etmiş Aleks Ferqyuson kimi sülalə qurmaq istəyir. Rəhbərlik Pepin ən azı 10 il müddətində "şəhərlilər"in sükanı arxasında olacağını və xeyli titul əldə edəcəyini düşünür. 

Oxşar xəbərlər

55 milyon funt-sterlinq ödəməyə hazırdılar
“Mançester Siti”nin mükafat fondu – 2,3 milyon
Premyer Liqanın ən bahalı heyətə sahib klubları - SİYAHI
"Mançester Yunayted"in son maliyyə ili üçün rekord gəliri
Aleksis Sançesin yeni klubu bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər