Mahmudov yeni rekorda imza atdı
“Neftçi” Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qəbələ”yə uduzub (1:2).
Sportfm.az xəbər verir ki, həmin matç “ağ-qaralar”ın kapitanı Emin Mahmudov üçün əlamətdar olub. O, cari mövsümdə 7-ci dəfə penaltidən qol vurub.
Azərbaycan millisinin üzvü bununla da paytaxt təmsilçisinin heyətində yeni rekorda imza atıb. O, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarında bir mövsümdə ən çox penalti vuran futbolçu adına sahib çıxıb.
Eminə qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namik Ələskərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Ruslanın bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çevirib.
Oxşar xəbərlər
Emin Mahmudovdan 50-ci qol
Musa Qurbanlı rekorda imza atdı - Azərbaycan çempionatları
Emin Mahmudov rekorda imza atdı - DÇ-2022
"Neftçi"dən yubiley qolu
“Qəbələ”nin penaltilər üzrə rekordçusu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası