reklam
Emin Mahmudov rekorda imza atdı -
Sportfm.az xəbər saytı

Emin Mahmudov rekorda imza atdı -DÇ-2022


Futbol üzrə Azərbaycan millisinin üzvü Emin Mahmudov rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Serbiyanın qapısına ikinci dəfə yol tapmaqla bu il yığmanın heyətində beşinci dəfə adını tabloya yazdırıb.

“Neftçi”nin kapitanı bir təqvim ilində millinin heyətində ən çox qol vuran futbolçu kimi tarixə düşüb. O həmçinin bir seçmə mərhələ ərzində ən çox fərqlənən oyunçu adına yiyələnib - dörd qol.

Qeyd edək ki, Emin Mahmudov cari seçmə mərhələdə Serbiyaya iki (Bakı və Belqradda),   Lüksemburq və İrlandiyaya bir qol vurub. Həmçinin o, mayda Türkiyə ilə yoxlama matçında da fərqlənməyi bacarıb.

Oxşar xəbərlər

Emin Mahmudovdan 50-ci qol
Mahmudov yeni rekorda imza atdı
Emin Mahmudov “Neftçi” ilə davam edəcək - Razılaşma
Emin Mahmudov ilk het-trikinə imza atdı
Mahmudov rekorda gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər