Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Emin Mahmudovdan 50-ci qol
“Neftçi” Misli Premyer Liqasının 36-cı turunda “Sabah”ı məğlub edib (1:0). Matçda yeganə qolu “ağ-qaralar”ın kapitanı Emin Mahmudov vurub.
Sportfm.az xəbər verir ki, həmin qol Mahmudov üçün əlamətdar olub. O, 2017/18 mövsümündən geyindiyi ağ-qara forma ilə 50-ci dəfə fərqlənib.
Emin bu qollardan 38-nə Premyer Liqada imza atıb. Təcrübəli oyunçu ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.
Yarımmüdafiəçi “Neftçi”nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçudur. 1937-ci ildə yaranan klubun 86 illik tarixində ona qədər 16 oyunçu bunu bacarıb.
Oxşar xəbərlər
Kapitan üçün uğursuz yubiley oyunu
Emin Mahmudov ilk het-trikinə imza atdı
Kapitandan yubiley qolu
Mahmudov 150-yə çatdı
Emindən ikiqat yubiley - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası