İkinci finalçı da məlumdur -Yüksək Liqa
Bu gün voleybolçu qadınlar arasında Yüksək Liqada yarımfinalın son matçı keçirilib.
Sportfm.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan bu görüşdə “Abşeron” və “Murov” klubları üz-üzə gəliblər.
Bu komandaların ilk iki oyununda tərəflər hərəyə bir qələbə qazandığından əlavə oyuna ehtiyac yaranmışdı. Həlledici olan bu qarşılaşmaya “Abşeron” daha yaxşı başlayıb və ilk setdə çətinlik çəkmədən qalib gəlib – 25:16. Bu üstünlüyünü sonadək qoruyan “Abşeron” klubu “Murov”un ciddi müqavimətinə baxmayaraq, növbəti hissələri 25:21 və 25:21 hesabları ilə öz xeyrinə yekunlaşdırıb və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, rəqibi üzərində iki qələbə qazanan “Abşeron” finala vəsiqə qazanıb. Komanda çempionluq yolunda “Azərreyl”ə rəqib olub. “Murov” isə bürünc medal uğrunda UNEC-ə qarşı yarışacaq.
Ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük oyunları 3 qələbəyədək davam edəcək. Bu mərhələnin qarşılaşmalarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
“Murov” ilk görüşdə qalib gəldi - Final
"Azərreyl"in finaldakı rəqibi bilindi - Yüksək Liqa
"Azərreyl" və "Murov" qələbə qazandı - Yüksək Liqa
“Azərreyl” və “Abşeron”dan növbəti qələbə - Yüksək Liqa
"Abşeron"u durduran tapılmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası