reklam
Sportfm.az xəbər saytı

"Abşeron"u durduran tapılmır


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti turun oyunları keçirililib.

Sportfm.az xəbər verir ki, 11-ci turun ilk matçında “Abşeron” “Azərreyl”lə görüşüb.

Çempionat ərzində keçirdiyi bütün görüşlərdə qalib gələn Eldar Yusubovun komandası meydandan yenə qələbə ilə ayrılıb. “Abşeron” növbəti 3 xalını 3 hissəni aktivinə yazmaqla qazanıb. Birinci setdə rəqibini 25:23 hesabı ilə məğlub edən “Abşeron” növbəti setləri də üstün bitirib – 27:25 və 25:19.

Günün ikinci matçında isə “Murov” UNEC-i sınağa çəkib. Bu görüşdə də qalib 3 setdə müəyyən olunub. “Tələbələr” hər üç hissədə uduzublar – 15:25, 11:25, 18:25. “Murov” isə bu qələbədən sonra çempionatda tutduğu üçüncü pillədəki yerini möhkəmləndirib.

Beləliklə, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan 11-ci turdan sonra “Abşeron” 33 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl”in 17, “Murov”un 11, UNEC-in isə 5 xalı var.

Oxşar xəbərlər

"Azərreyl" və "Murov" qələbə qazandı - Yüksək Liqa
"Azərreyl" qalib gələ biləcəkmi? - Azərbaycan çempionatı
“Azərreyl” və “Abşeron”dan növbəti qələbə - Yüksək Liqa
Ölkə çempionatına start verildi - Yüksək Liqası
Yeni ilin ilk qalibləri - Super Liqada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər