

Federasiya 3 klubu cəzalandırdı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb:
Premyer Liqanın 28-ci turunun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.
Premyer Liqanın 28-ci turunun “Kəpəz” – “Səbail” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə “Kəpəz” klubu 1600 manat cərimə edilib.
Premyer Liqanın 28-ci turunun “Sabah” – “Qəbələ” oyunundan əvvəl meydançaya kənar şəxslərin daxil olmasına görə “Sabah” klubu 1600 manat cərimə edilib.
Oxşar xəbərlər
"Qarabağ"dan meydançaya kənar şəxslər daxil oldu və klub cərimələndi...
Klubların cəzası açıqlandı - QƏRAR
“Neftçi” 4000 manat cərimə olundu - Qərar
Vüsal İsgəndərli oturacaq sındırdı, “Sumqayıt” ziyana düşdü
Rəşad Sadıqova xəbərdarlıq edildi - İntizam Komitəsinin qərarı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin