Vüsal İsgəndərli oturacaq sındırdı, “Sumqayıt” ziyana düşdü
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Premyer Liqanın 14-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərli oyundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdığına görə 1 oyun cəzalandırılıb, klubu 2400 manat cərimə edilib. Stadiona dəymiş ziyan "Sumqayıt" futbol klubu tərəfindən tam ödəniləcək.
“Neftçi” – “Qəbələ” oyununda “Qəbələ”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilib.
“Kəpəz” – “Turan Tovuz” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 1600 manat cərimə edilib. “Turan Tovuz”un 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün “Sabah” klubu 1600 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən 54 ədəd oturacağın sıradan çıxarılmasına görə dəymiş ziyan “Qarabağ” klubu tərəfindən stadiona tam ödəniləcək.
Oxşar xəbərlər
Cəza və cərimələr açıqlandı - QƏRAR
"Neftçi" 12 min manat cərimələndi - QƏRAR
"Qarabağ"dan meydançaya kənar şəxslər daxil oldu və klub cərimələndi...
“Turan Tovuz” 4000 manat cərimə edildi - Azarkeşlərə görə
“Neftçi” 4000 manat cərimə olundu - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlı iş adamı ev dustaqlığına buraxıldı
-
“Şamaxı” “Səbail”i, “Araz-Naxçıvan” “Sabah”ı qəbul edir - Misli Premyer Liqası
-
“Zaqatala” 2–2 “Karvan” - VİDEO
-
Qurban Qurbanova mükafat təqdim edildi
-
Rəqibini vuran futbolçuya ağır cəza - QƏRAR
-
“Sabah" “Araz-Naxçıvan”ı məğlub etdi - Misli Premyer Liqası