“Neftçi” 4000 manat cərimə olundu -Qərar
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 16-cı turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib.
“Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə “Qarabağ” klubu 800 manat cərimə edilib.
“Sabah” – “Şamaxı” oyununda “Sabah” komandasının oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, “Sabah” klubu 1600 manat cərimə edilib.
“Şamaxı” komandasının oyunçusu Elçin Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Şamaxı” klubu 1600 manat cərimə edilib.
16-cı turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib.
“Sumqayıt” komandasının oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.
1-ci divizionun 13-cü turunun “Şamaxı-2” – “Kəpəz-2” oyununa təcili tibbi yardım maşınının gecikməsinə görə “Şamaxı-2” komandası 160 manat cərimə edilib.
Polis nümayəndəsinin iclasa gecikməsinə görə “Şamaxı-2” komandası 40 manat cərimə edilib.
13-cü turun “Zaqatala” – “Turan Tovuz-2” oyununda “Zaqatala”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
13-cü turun “İmişli” – “Sumqayıt-2” oyununda “İmişli”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
13-cü turun “Qaradağ Lökbatan” – MOİK matçı xərəkdaşıyanlarla təmin edilmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.
Oxşar xəbərlər
“Neftçi” polisə görə cərimə olundu - Birinci divizion
“Qəbələ” təcili tibbi yardım maşınına görə cərimə olundu - Qərar
“Şamaxı” azyaşlı uşaqlara xərək daşıtdırdı, cərimələndi
“Neftçi”yə xəbərdarlıq edildi - Qərar
Birinci divizion klublarının cərimələri - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin