Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
23-cü çempion – “Turan Tovuz”
"Turan Tovuz” tarixində ilk dəfə titul qazanıb. 2015-ci ildə yaradılan klub I divizionun çempionu adına yiyələnib.
Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Əsgər Abdullayevin yetirmələri buna mövsümün sonuna 2 tur qalmış nail olub. Qərblilər XXIV turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olub. Düzdür, "Səbail” liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) "Turan Tovuz”un 1-ci yer tutması üçün kifayət edib.
İlk uğurunu qazanan 2 yaşlı klub I divizion tarixinə 23-cü çempion kimi düşüb. Düzdür, 22 yarışdan birində - 1994/95 mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyib. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, I diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. "Neftçala” 2014/15 və 2015/16 mövsümlərində qızıl medallara yiyələnib.
Oxşar xəbərlər
"Turan Tovuz"dan yubiley qələbəsi
"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazandı
Qurban Qurbanovun 10-cu çempionluğu
“Turan Tovuz”un tarixində bir ilk
Əsgər Abdullayev: "Bütün Tovuz əhalisi komandanı Premyer Liqada görür"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası