reklam
Futzal millimiz böyük hesabla uduzdu -
Sportfm.az xəbər saytı

Futzal millimiz böyük hesabla uduzdu -Avropa çempionatı


Azərbaycanın futzal üzrə U-19 milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

Sportfm.az xəbər verir ki, millimiz Bosniya Herseqovinada təşkil edilən oyunda Yunanıstan yığması ilə qarşılaşıb. Qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb.

 

Xatırladaq ki, millimiz qrupdakı əvvəlki oyunlarında Fransaya 0:5, Bosniya və Herseqovinaya isə 1:4 hesabıyla uduzmuşdu.

AÇ-2023-ün seçmə mərhələsi, 5-ci qrup
25 mart

Azərbaycan – Yunanıstan 3:11
Qollar
: Rüfət Məmmədli, 26:08. Fərid Abbasov, 29:23. Şahbaz Həndəmli, 39:55 – Panayotis Qriqorakos, 3:17; 12:52. Kiriakos Kountardas, 6:42; 27:48. Konstantinos Pavlidis, 6:58. Konstantinos Papasopulos, 14:30. Gerasimos Tselios, 17:16; 23:25; 27:33. Aleksandros Adamopulos, 19:41. Angelos Georgoyannis, 21:47.
Hakimlər: Martin Koster (Danimarka), Norbert Şilagi (Macarıstan), Nikola Manzione (İtaliya).
Şiroki Briyeq şəhəri, “Pecara” İdman zalı.

Xallar: Fransa - 6, Bosniya və Herseqovina - 6, Yunanıstan - 3, Azərbaycan - 0.

Oxşar xəbərlər

Milli komandamız 11 top buraxdı
Fransadan 5 top buraxdıq - Uğursuzluq
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
Fransa ilə oyunumuzu ingilis idarə edəcək - TƏYİNAT
Yığmamızın oyunlarının təqvimi - Avro-2023

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər