reklam
Rövnəq Abdullayev milli üzvləri ilə görüşdü -
Sportfm.az xəbər saytı

Rövnəq Abdullayev milli üzvləri ilə görüşdü -FOTO


Bu gün Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Sportfm.az xəbər verir ki, assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdə AFFA prezidenti millimizin üzvlərini Novruz bayramı münasibətilə təbrik edib, 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında komandamıza uğurlar arzulayb.

Baş məşqçi Canni De Byazi və millimizin kapitanı Emin Mahmudov AFFA rəhbərliyinə təşəkkürünü bildirib, qarşıdakı oyunlarda uğurlu nəticə qazanmaq üçün komandanın tam gücü ilə səfərbər olacağını qeyd ediblər.

Xatırladaq ki, Avro-2024-ün seçmə mərhələsində millimiz martın 24-də Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya, 3 gün sonra isə Solna şəhərində yerləşən “Friends Arena”da İsveç komandası ilə qarşılaşacaq.(affa.az)















Oxşar xəbərlər

AFFA prezidenti millinin üzvləri ilə görüşdü
İcraiyyə Komitəsinin üzvləri milli komanda ilə görüşdü
AFFA rəsmiləri milli üzvləri ilə görüşdü - FOTO
AFFA rəsmiləri yığma üzvləri ilə görüşdü - FOTO
İcraiyyə Komitəsinin üzvləri millinin məşqini izlədilər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər