“Sabah”da yubiley və rekordlar -Azərbaycan Premyer Liqası
Premyer Liqanın 22-ci turu “Sabah” üçün yubiley və rekordlarla əlamətdar olub.
Sportfm.az xəbər verir ki, “Zirə” ilə ev oyununda 3:1 hesabı ilə qalib gələn komanda ölkə çempionatının yüksək dəstəsində öz meydanında 50-ci qola imza atıb. Yubiley qolunu Lukas Rangel vurub. Paytaxt təmsilçisi daha iki topla bu rəqəmi 52-yə çatdırıb.
“Sabah”ın ikinci qolunun müəllifi Coy-Lens Mikels mövsümdə 9-cu qolunu vurub. O, klub tarixinə bir mövsümdə ən çox qol vuran futbolçu kimi düşüb. Mikels 2018/19 mövsümündə 8 dəfə fərqlənən Marko Deviçi arxada qoyub.
Coy-Lens həm də klub tarixinin Premyer Liqadakı ən məhsuldar futbolçusu adına şərik çıxıb. O, 9 qol vuran Deviçə çatıb. Serb əsilli ukraynalı 2018/19 mövsümündə 8, növbəti çempionatda 1 dəfə qola sevinib.
“Sabah” Premyer Liqada bir mövsümə topladığı xal sayında da yeni rekord vurub. Ötən mövsümdə 29 xal yığan bakılıların aktivində artıq 32 xal var.
Oxşar xəbərlər
Mikels “Sabah”da tarix yazdı
“Sabah”ın 100-cü qolu - Premyer Liqa
“Sabah”ın yubiley qolu - Premyer Liqa
"Kəpəz"in sabiq futbolçusu komandasının yubiley qolunu vurdu
“Səbail” 50-ni arxada qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi














Misli Premyer Liqası