reklam
Sonuncu turun oyunlarının vaxtları -
Sportfm.az xəbər saytı

Sonuncu turun oyunlarının vaxtları -Azərbaycan çempionatları


Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında əsas mərhələnin sonuncu tur oyunlarının vaxtı dəqiqləşib.

Sportfm.az xəbər verir ki, dörd dövrədən və pley-off mərhələsindən ibarət olan çempionatların son turu martın 14-15-də keçiriləcək.

Martın 14-də qadın voleybolçuların Yüksək Liqasının 12-ci turunda “Abşeron” “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq.

Martın 15-də kişi voleybolçuların Yüksək Liqasında sonuncu tur çərçivəsində MOİK-lə “Neftçi”, “Xarı bülbül”lə isə “Murov” üz-üzə gələcək.

Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutanla üz-üzə gələcək.

Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yüksək Liqa (qadınlar)
16:00 Abşeron – Murov (CBC sport-canlı)
18:00 Azərreyl – UNEC

Yüksək Liqa (kişilər)
16:00 MOİK – Neftçi
18:00 Xarı bülbül – Murov

Oxşar xəbərlər

İlk final oyunlarının vaxtı açıqlandı - Azərbaycan çempionatı
Yarımfinalda növbəti oyunlar nə vaxt olacaq?- vaxtı açıqlandı
Yarımfinal oyunları bu tarixlərdə - Azərbaycan çempionatları
Azərbaycan çempionatlarında 11-ci turun proqramı
Azərbaycan çempionatında II turun təqvimi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər