İlk final oyunlarının vaxtı açıqlandı -Azərbaycan çempionatı
Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri məlum olub.
Sportfm.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında üçüncülük uğrunda və final qarşılaşmalarına aprelin 11-də start veriləcək. Finalda “Xarı bülbül” və “Murov”, bürünc medal uğrunda isə “Neftçi” və MOİK komandaları üz-üzə gələcək.
Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. “Abşeron” və “Azərreyl” çempionu, UNEC və “Murov” isə bürünc mükafatın sahibini müəyyənləşdirəcək.
Yüksək Liqaların reqlamentinə əsasən, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə, dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq.
Oyunlar Voleybol Mərkəzində keçiriləcək.
Yüksək Liqa (kişilər)
Final və bürünc medal uğrunda
11 aprel
1-ci oyunlar
17:00 Neftçi – MOİK
19:00 Xarı bülül – Murov
Yüksək Liqa (qadınlar)
Final və bürünc medal uğrunda
12 aprel
1-ci oyunlar
15:00 Azərreyl – Abşeron
17:00 Murov – UNEC
Oxşar xəbərlər
Azərbaycan çempionatlarında növbəti final oyunlarının vaxtı
Yarımfinalda növbəti oyunlar nə vaxt olacaq?- vaxtı açıqlandı
Yarımfinal oyunları bu tarixlərdə - Azərbaycan çempionatları
Sonuncu turun oyunlarının vaxtları - Azərbaycan çempionatları
Azərbaycan çempionatında II turun təqvimi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası