Nazir klubların sayının artmasını istəyir
Gənclər və idman naziri Fərid Qayıbov AFFA-nın hesabat konfransında iştirak edib.
Sportfm.az xəbər verir ki, nazir hesabat konfransının çox yaxşı təşkil olunduğunu bildirib:
“Ölkəmizdə idman dövlət siyasətidir, dövlət qayğısı, ölkə başçısının idmana, futbola sevgisini bilirik, hiss edirik. Futbolçular və idmançılar bilir. İdman üçün ölkəmizdə yaradılan şəraitdən xəbərimiz var. Nəticələrimiz də var, idmanda da, futbolda da.
AFFA-nı təbrik edirəm. Bugünkü konfrans yaxşı təşkil olunub.
AFFA-nın baş katibi artıq FİFA-da çalışır. Bu da nailiyyətdir.
“Qarabağ”ı təbrik edirəm nəticələrinə görə. Təbii ki, biz azarkeşlər daha çox istəyirik. Güclü Avropa klubları ilə oynayırıq. Görürük ki, komanda sayı çoxdur. Bərabər çalışmalıyıq və istəyirik. Klubların sayı da artıb. İnanıram ki, bu istiqamətdə işlər gedəcək, klubların sayı artacaq. Yeni stadionlar tikilib. Amma yenə də, bu istiqamətdə işlər görməyimiz lazımdır.
FİFA və UEFA-ya minnətdarlıq bildirirəm ki, federasiya dəstək olurlar, klublara kömək olurlar, futbolun inkişafı üçün töhfə verirlər. Futbol ən populyar idman növüdür. Futbol federasiyasının büdcəsindən bilinir. Biz də çalışırıq ki, nazirlik kimi yarışlar təşkil edək.
Bu il Heydər Əliyev ilidir. Heydər Əliyev adına həsr olunmuş dövlət qurumları arasında turnir keçirilir. Çox maraqla qarşılandı. Həm klublarımıza, futbolçularımıza və federasiyamıza uğurlar arzu edirəm. Gözəl nəticələrə görə təbrik edirəm”.
Oxşar xəbərlər
AFFA-nın növbəti konfransı keçirildi
"İli sabaha inamla başa vururuq" - Fərid Qayıbov
Nazir idmanda görülən işlərdən yazdı
Şəkidə idman festivalı keçirilir - FOTOLAR
Nazir "Xan Lənkəran"ın Diviziondan kənarda qalmasından danışdı: "Bunu araşdırmaq lazımdır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası