Nazir "Xan Lənkəran"ın Diviziondan kənarda qalmasından danışdı:"Bunu araşdırmaq lazımdır”
Gənclər və idman naziri Fərid Qayıbov futbol üzrə Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasından danışıb.
Sportfm.az xəbər verir ki, “ASAN Radio”nun "QəbuldASAN" verilişində qonaq olan nazir bunları söyləyib:
“Mən də Premyer Liqada komanda sayının çox olmasını istərdim. Amma bu gün reallıq belədir. Bundan sonra çalışmalıyıq ki, komandaların sayı artsın. Artıq AFFA ilə bu sualları müzakirə etməyə başlamışıq. Ümid edirəm ki, bundan sonra ancaq artım olacaq. Növbəti mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq”.
Fərid Qayıbov Region Liqasında çıxış edən “Xan Lənkəran” klubunun 1-ci diviziona buraxılmamasına da toxunub:
“Bu işlə AFFA məşğul olur. Məktubu və ya sualı milli assosiyasiyaya yollasalar, daha yaxşı olar. Seçimlər qaydalar əsasında olmalıdır. Cavab onları qane etmirsə, Gənclər və İdman Nazirliyinə müraciət edə bilərlər. Bu sualın cavabını indi verə bilməyəcəyəm. Bunu araşdırmaq lazımdır”.
Oxşar xəbərlər
Nazir “Olimpiya” klubunun üzvləri ilə görüşdü
Fərid Qayıbov Siyəzən və Xızıda vətəndaşları qəbul etdi
Nazir klubların sayının artmasını istəyir
Nazir Fransaya getdi - “Qarabağ”ın oyununu izləyəcək
Yeni nazir Azərbaycan - Portuqaliya matçı haqqında danışdı - "Çox təəssüf ki, komandamız məğlub oldu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası