"Qəbələ" azarkeşi olan şəhidimiz -FOTO
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Sportfm.az xəbər verir ki, 25 oktyabr 1994-cü ildə Qəbələnin Vəndam qəsəbəsində anadan olan baş leytetant Şəhriyar Əlibəyli "Qəbələ" azarkeşi idi.
Bu haqda "qırmızı-qaralar" rəsmi "Facebook" vasitəsilə məlumat yayıb: "Allahdan şəhidlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Başın sağ olsun, VƏTƏN!"
Qeydə edəki ki, Əlibəyli bu gün II Şəhidlər xiyabanında dəfn edilib. O, 2020-ci ildə İкinci Qarabağ müharibəsinin iştiraкçısı olaraq, "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştiraкçısı" medalları ilə təltif edilmişdi.

Oxşar xəbərlər
Azərbaycan boksçusu şəhid oldu - FOTO
50 hərbçimiz şəhid olub - RƏSMİ
"Qalatasaray" şəhidimizlə bağlı paylaşım etdi - FOTO
AFFA FİFA və UEFA-ya müraciət etdi - Ölən futbolçu ilə bağlı
"İlk məqsədimiz Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır" - Tahir Gözəl
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası