Mariya Stadnik qızıl medal qazandı -Beynəlxalq turnir
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dan Kolov - Nikola Petrov turnirinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışın son günündə 2 güləşçimiz final görüşünə çıxıb.
Mariya Stadnikin (50 kq) Svetlana Ankiçevayla qarşılaşması cəmi 35 saniyə davam edib. Qadınlardan ibarət yığmamızın lideri qazaxıstanlı rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək cari ildə ilk titulunu qazanıb.
Sərbəst güləş üzrə 125 kq-ın finalında Georgi Meşvildişvili iranlı Mustafa Tağaniylə üz-üzə gəlib. İlk hissəni 2:0 öndə tamamlayan millimizin üzvü ikinci hissədə üstünlüyünü bir qədər də artırıb. Yekunda 7:2 hesablı qələbə qazanan Georgi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, güləşçilərimiz ənənəvi yarışda ümumilikdə 4 medal qazanıblar.
Xatırladaq ki, daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal əldə edib.
Oxşar xəbərlər
Mariya Stadnik qızıl medal qazandı - Poland Open
3 milliləşdirilmiş güləşçimiz medal qazandı! - “Zaqreb Open”
Güləşçilərimizdən “Çempionlar” turnirində 24 medal
Qızıl qız Mariya Stadnik
Sofiyada yarış bitdi, Stadnik Bakıya qızılla dönür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası