reklam
Güləşçilərimizdən “Çempionlar” turnirində 24 medal
Sportfm.az xəbər saytı

Güləşçilərimizdən “Çempionlar” turnirində 24 medal


Türkiyənin Alntalya şəhərində keçirilən güləş üzrə “Çempionlar” turnirinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, yarışın son günündə güləşçilərimiz 13 (6 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanıb.

Yunan-Roma güləşində Elmir Əliyevlə (60 kq) Laçın Vəliyev (87 kq) çempion olub. Nihad Quluzadə (60 kq) isə üçüncü yerə çıxıb. Beləliklə, yarışı 5 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vuran millimiz komanda hesabında 2-ci yeri tutub.

Qadın güləşində son günündə 1 dəstə medal əldə olunub. Birgül Soltanova (62 kq) qızıl, Gültəkin Şirinova (53 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medalı boynundan asıb. Yekunda 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız komanda hesabında 2-ci olub.

Yarışın son günündə sərbəst güləşçilər uğurlu çıxışla yadda qalıb. Ceyhun Allahverdiyev (61 kq), Sabir Cəfərov (70 kq) və Səbuhi Əmiraslanov (79 kq) qızıl, Kənan Heybətov (70 kq) gümüş, Maqomed-Başir Xaniyevlə (70 kq), Soslan Tigiyev (79 kq) və Abdulcəlil Şabanov (92 kq) isə bürünc medala sahib çıxıb. Ümumilikdə 3 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edən komandamız ənənəvi yarışı 4-cü pillədə başa vurub.

Beləliklə, 3 gün davam edən turnirdə güləşçilərimiz 11-i qızıl, 5-i gümüş və 8-i bürünc olmaqla, ümumilikdə 24 medal əldə edib.

Oxşar xəbərlər

Beynəlxalq turnirdə 10 medal
Güləşçilərimizdən tarixi nəticə - Avropa çempionatı
Güləş yığmamız Türkiyədə qızıl medal - FOTO
Olimpiya Festivalında idman yarışlarına yekun vuruldu
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər