
Sofiyada yarış bitdi, Stadnik Bakıya qızılla dönür
Martın 25-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turnirinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, turnirin sonuncu günündə yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulublar.
Bütün rəqiblərini tam üstünlüklə məğlub edən Mariya Stadnik turnirin finalına yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə qalib gələn güləşçimiz turnirin baş mükafatını qazanıb.
İlk görüşündə məğlub olsa da, rəqibin finala yüksəlməsilə bürünc medal şansı qazanan Elman Muxtarov bundan maksimum yararlanıb. Əvvəlcə Yaponiya, ardınca isə Türkiyə idmançısına qalib gələn güləşçimiz turnirin bürünc medalını qazanıb.
Beləliklə, məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 2 güləşçi ilə Bolqarıstana yollanan yunan-Roma yığmamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Eyni sayda güləşçi ilə təmsil olunduğumuz qadın güləşi yarışlarında da yığmamız 1 qızıl və 1 bürünc medala sahib olub.
Qeyd edək ki, turnirin ilk günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçilərimizdən Elis Manolova (65 kq) bürünc medal qazanıblar.

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |