reklam
Sportfm.az xəbər saytı

"Beşiktaş"dan deprəmzədələrə növbəti yardım


"Beşiktaş" Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün növbəti yardım layihəsini açıqlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə klub prezidenti Ahmet Nur Çebi "Omuz Omuza" kampaniyasının yayımı zamanı öz açıqlamasında bildirib. Çebinin sözlərinə görə, "Beşiktaş" zəlzələ bölgəsində 6 məktəb tikdirəcək. 

Daha əvvəl "Beşiktaş" futbolçularının Superliqanın 14-cü turunun "Antalyaspor"la təxirəsalınmış və ötən bazar günü keçirilən oyununa geyindiyi formaları hərracda satışa çıxaracağını, əldə olunan gəlir isə zəlzələdən zərərçəkənlərə göndəriləcəyini bildirmişdi.

Əlavə edək ki, "Omuz Omuza" kampaniyası zəlzələ bölgələrində zərərəkən insanlara yardım məqsədi ilə təşkil olunub. Kampaniya həmi bölgələrdəki sığınacaq, yaşam ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərir. "Omuz Omuza" iyunun 15-dək davam edəcək.

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 44 min nəfərdən çox şəxs həyatını itirib.

Oxşar xəbərlər

Messi, Mbappe və Neymar Türkiyəyə dəstək oldu
Mənsimov 10 milyonluq yardım etdi, hadisə yerinə getdi - FOTO
3 formadan 1 milyon TL - YARDIM
Rumıniyalı futbolçunun əlcəkləri 500 minə satıldı - YARDIM
Məhşur futbolçuların formaları Türkiyə üçün hərraca çıxarıldı - 5 milyon TL yığıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər