Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rumıniyalı futbolçunun əlcəkləri 500 minə satıldı -YARDIM
Türkiyənin “Beşiktaş” klubunun keçmiş hücumçusu Daniel Pankunun 2005-ci ildə “Fənərbaxça” ilə oyunda geyindiyi əlcəklər auksionda satılaraq zəlzələdən əziyyət çəkənlər üçün ianə edilib.
Sportfm.az xəbər verir ki, 18 il əvvəlki görüşdə Oskar Kordoba qırmızı vərəqə aldığından, çərçivəyə keçən forvardın həmin oyunda geyindiyi qapıçı əlcəklərini “Beşiktaş” rəsmisi Emre Kocadağ 500 min lirəyə alıb.
Əldə olunan məbləğ zəlzələ bölgəsinə göndəriləcək. Əlcəklər isə “Beşiktaş”ın muzeyində sərgilənəcək.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.
Oxşar xəbərlər
“Sabah” - “Beşiktaş” oyununun hakimləri açıqlandı
"Beşiktaş"dan deprəmzədələrə növbəti yardım
"Azərbaycanın da canı yanır” - Tural Axundov
Daha bir futbolçu zəlzələdə dünyasını dəyişdi
Türkiyədə idmançılarımızın qatılmalı olduğu daha bir yarış ləğv olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası