• 03:42 Cümə
    31 Mart 2023
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
    • Footvolley
    • Teqball
reklam
reklam

"Qarabağ" 3-cü qrup əlilin 50 manatını kəsdi!

"Qarabağ" klubu bir neçə gün əvvəl 4 ildir əməkdaşlıq etdiyi fotoqrafı Elmir Kərimovla yollarını ayırıb. 

Peşəkar fotoqraf Sportlife.az-a açıqlamasında klubdan ayrılmasının səbəbindən danışıb.

Klubun media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Yusif Cəfərov E.Kərimovun avrokubok çəkilişləri üçün məvacibinin 100 manatdan 50 manata azaldıldığını söyləyib. Fotoqraf bu qərarla razılaşmadıqda isə ona getməkdə sərbəst olduğunu deyilib:

"Klubla əməkdaşlıq edirdim. Rəsmi işçisi sayılmırdım, amma mənim kimi əməkdaşlıq etdikləri çox insan var. Dörd il klubla əməkdaşlıq etdim. İlk iki mövsümdə çəkdiyim fotoların ödənişi edilmirdi. Ötən ilin sonlarında bu problem nəhayət, aradan qalxdı və mənə ilk iki mövsümün borcu hissə-hissə ödənildi. Həmişə komandamızın çəkilişlərinə həvəslə getmişəm. Çünki mən ağdamlıyam, qarabağlıyam. Qaçqınlığın nə olduğunu bilirəm və bu komandaya bizi bağlayan mənəvi dəyərlər çoxdur. Komandamızın oyunlarına gələndə özümü cənnətdə hiss edirdim, çox xoşbəxt olurdum. Çəkdiyim şəkilləri futbolçular və məşqçilər çox bəyənirdi. Mən bu işdə çox xoşbəxt idim. Qurban Qurbanovun bütün tədbirlərini mən çəkmişəm və bütün saytlar çəkdiyim fotolardan yararlanırdı.

Mənə qarşı haqsızlıq odur ki, mənimlə pul söhbəti edildi. Öncə mənə dedilər ki, avrokuboklarda bundan sonra 50 manat çəkərsən ölkə çempionatında olduğu kimi. Mən də razı olmadım dedim, 4 ildir mən UEFA oyunlarını 100 manata çəkirəm. Bu pula işləmək istəmirəm. Ancaq mənə bu cavabımdan sonra Media və PR departamentinin rəhbəri Yusif Cəfərov reaksiya vermədi. Bu qiymətə razılaşmayanda dedi ki, hə, problem deyil, gedə bilərsən. Açığı, bu cavabı gözləmirdim. Özümü çox piss hiss etdim, gözlərim doldu. Özümü təmiz itirdim. Çünki sevidiyim işdə, sevdiyim komandada heç vaxt arzulamayacağım vəziyyətlə üzləşdim. Əvvəl 4 ildir avrokuboklarda 100 manat çəkirdim ölkə çempionatında isə 50 manat".

E.Kərimov problemin səbəbinin nə olduğunu, UEFA və transferlərdən milyonlar qazanan klubun bu addımını anlamadığını bildirib:

"Mənə bildirdi ki, avrokuboku da 50 manata çəkməliyəm, Premyer Liqada olduğu kimi. “Gent” ilə oyundan bir gün öncə baş verdi bu söhbət. Otaqdan çıxanda klubun digər işçisi Vüsal Həsənov məni saxladı, soruşdu ki, nə olub niyə çıxırsan, hara gedirsən. O, gedib Yusif bəyi çağırdı, oturduq 1-2 dəqiqə yenə söhbət elədik dedi ki, "Futbol futboldur. Nə fərqi var Premyer Liqa və ya avrokubok, ikisi də eynidir, bunun fərqini izah et mənə. Biz sənə 50 manat verə bilərik". Mən dedim ki, "əvvəlcə belə danışmışıq, belə razılaşmışam. Klub UEFA-dan, transferlərdən bu qədər milyonlar qazanır. 50 manat nədir ki, mənim pulumu kəsir, gəlib məndən 50 manat söhbət edirsiz".

Mən orada pul söhbəti etmədim etirazım mənə dəyər verilməməsidir. Sonra Yusif fikirləşdi, dedi, gəl “Gent”lə oyunu 100 manata çəkərsən. Mən də özüm üçün qərar verdim ki, “Gent” ilə oyun final oyunum olsun. Çünki mənim çəkdiyim şəkillərdən UEFA da istifadə edir. Çəkdiyim fotolar UEFA-nın bütün səhifələrində paylaşılır. Oyun günü isə gördüm ki, Yusif bəy videoqraf və əlavə fotoqraf gətirib. Özümü burda artıq hiss elədim, işləyə bilməyəcəmi gördüm və özümün final matçımı çəkdim.

Bu məsələ niyə ortaya atıldı, heç özüm də bilmirəm. Onsuz da aylıq qazancım “Qarabağ”da 200-300 manat arası olur. Bəzən isə daha da az. Bu pulla özümə sağlamlığımla bağlı lazım olan dərman və əşyaları alırdım. Özüm 3-cü qrup əliləm və bunu qabartmaq istəmirdim. 4 ildə sabiq mətbuat katibi Nurlan İbrahimov və indiki mətbuat katibi Gündüz Abbaszadə ilə heç bir problem olmayıb. Problem sadəcə Yusif Cəfərovun rəhbər təyin edilməsindən sonra yarandı. Bu problemi də mən yaratmamışam".

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

25-02-2023
281
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
19-07-2021
"Klubun infrastrukturu məni yaxşı mənada təəccübləndirdi" - Romen Bask
13-04-2021
"Böyük səhvə yol vermişəm" - Tovuzlu futbolçu
30-06-2020
“Neftçi” ötən ili mənfəətlə başa vurdu
“Neftçi” ötən ili mənfəətlə başa vurdu
19-05-2020
"Neftçi"nin veteranından şok sözlər: "Tutulan icra başçısı mənə 400 min borcludur"
27-04-2020
“İstəməzdim 3 dəfə çempion olmuş biri kimi bu şəklim yayılsın” -
“İstəməzdim 3 dəfə çempion olmuş biri kimi bu şəklim yayılsın” - Rövşən Əhmədov
21-01-2020
"Sabah"ın baş məşqçisi mənimlə çirkin davrandı" - Vitali Kvaşuk
17-06-2019
Bölgə klubunun rəsmisi:
Bölgə klubunun rəsmisi: "Onsuz da biz bir ildir, pomidorla, kolbasa ilə oyunlara gedib, gəlirik"
23-09-2018
"Keşlə"də baş məşqçi mənə haqsızlıq etdi" - Adrian Skarlatake
16-07-2018
Kamal Quliyev:
Kamal Quliyev:""Neftçi" rəhbərliyi pultla idarə olunur"
15-07-2018
Azərbaycanlı FİFA referisi haqda:
Azərbaycanlı FİFA referisi haqda:"Mən nə biləydim ki, bu insan cildində şeytandır" - ŞOK
13-06-2018
ETOPAZ-da minimum mərc artıq 1 manat oldu
ETOPAZ-da minimum mərc artıq 1 manat oldu
8-06-2018
"Azərbaycan millisində 10 il oynayardım"
6-11-2017
Faiq Cabbarov:
Faiq Cabbarov:" Axtarışda olduğumu bilsəydim, gizlənərdim də"
20-10-2017
Azərbaycanda idman
Azərbaycanda idman "Ferrari"si istehsal olundu - FOTOLAR
18-08-2017
Yaşar Məmmədov od püskürdü:
Yaşar Məmmədov od püskürdü: "Mən şirəm, siz isə çaqqal" - MÜSAHİBƏ
  Xəbər lenti
Türkiyənin üç klubu cəzalandı - UEFA tərəfindən 30.03.2023, 22:41
Yüksək Liqada yarımfinal mərhələsinə start verilib 30.03.2023, 22:32
Ramazanov Gəncədə qələbə qazanmaqdan dəm vurur 30.03.2023, 21:48
Ölkə çempionatına yekun vuruldu 30.03.2023, 21:30
342 milyon avro xərcləyəcəklər - Təmir üçün 30.03.2023, 20:55
"Neftçi" 12 top vura bildi - Yüksək Liqa 30.03.2023, 20:49
İstanbul klubu Qarabağa gedəcək 30.03.2023, 18:51
"Qalatasaray"dan "Qarabağ"a böyük jest - formaları satılacaq 30.03.2023, 17:24
Tovuzda hokkey hesabı - Qazanan oldu? 30.03.2023, 17:21
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  27 71
2 Sabah 27 62
3 Neftçi 27 56
4 Zirə 27 37
5 Qəbələ  27 36
6 Turan 27 28
7 Kəpəz 27 22
8 Sumqayıt  27 21
9 Şamaxı  27 20
10 Səbail  27 18
Ətraflı
6-03-2023
"Leon Baku" FC pley-offda - UĞUR
22-03-2023
Uzun müddətli hazırlıq mərhələlərinin qısa təsviri
Uzun müddətli hazırlıq mərhələlərinin qısa təsviri
1-03-2023
Futbolçunun fiziki və texniki hazırlığı
Futbolçunun fiziki və texniki hazırlığı
22-03-2023
Messinin şam etdiyi restoranın qarşısında izdiham -
Messinin şam etdiyi restoranın qarşısında izdiham - VİDEO
12-03-2023
"Qalatasaray" klubu "Qarabağ"la qarşılaşa bilər
15-03-2023
Günün canlı yayımlanacaq qarşılaşmaları -
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
28-03-2023
CBC SPORT 12 nəfəri işdən çıxardı! - Nələr baş verir? -
CBC SPORT 12 nəfəri işdən çıxardı! - Nələr baş verir? - ÖZƏL
28-02-2023
"Qarabağ"ın qapıçısının cəzası nə olacaq? - FOTO
28-03-2023
Emin Mahmudov
Emin Mahmudov "Neftçi"ni tərk etmək istəyir! - Səbəb isə...
3-03-2023
Luka cəzalandı -
Luka cəzalandı - Amma şərti
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Araz Naxçıvan 5 15
2 MOİK 5 11
3 Turan Tovuz-2 4 9
4 Qəbələ-2 5 9
5 Neftçi-2 4 9
6 Qarabağ-2 5 7
7 Zirə-2 4 7
8 Şamaxı-2 5 7
9 Qaradağ Lökbatan 5 6
10 Mingəçevir 5 6
11 Səbail-2 4 6
12 Zaqatala 5 6
13 Sumqayıt-2 4 3
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb