"Sabah" 344 gün sonra...Misli Premyer Liqası
“Sabah” Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk ev məğlubiyyətini alıb.
Sportfm.az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda 23-cü turda “Turan Tovuz”a 0:2 hesabı ilə uduzub.
Bununla da Bakı klubunun Premyer Liqadakı məğlubiyyətsizliyi sona çatıb. “Sabah” həm ümumi, həm də ev matçlarındakı seriyasını davam etdirə bilməyib.
2022-ci il sentyabrın 11-də “Qarabağ”la səfər matçında 3:4 hesabı ilə uduzan paytaxt təmsilçisi ardıcıl 16 oyunda məğlubiyyətlə üzləşməyib. 161 gündən sonra xalsız qalan bakılılar bu müddətdə 12 qələbə qazanıb və 4 heç-heçə edib.
344 gün əvvələ təsadüf edən “Sabah”ın son ev yenilgisi də “Qarabağ”dan alınıb. Ötən mövsüm – 2022-ci il martın 12-dəki görüşdə qonaqlar 1:0 hesablı qələbə qazanıb. Ardınca 15 ev görüşündə uduzmayan paytaxt komandası 11 dəfə qalib gəlib, 4 dəfə sülhlə kifayətlənib.
“Turan Tovuz”a məğlubiyyət həm də Premyer Liqada 50-ci olub. Yüksək dəstədə 5-ci mövsümünü keçirən “Sabah” 127-ci görüşdə yenilgi sayında “100”ü yarılayıb. Məğlubiyyətlərin 26-sı evdə, 24-ü səfərdə qeydə alınıb.
Oxşar xəbərlər
Mövsümün rekordu təkrarlandı - Misli Premyer Liqası
Məğlubiyyətsiz seriyalar - "Qarabağ", "Kəpəz", "Turan", "Neftçi", "Şəmkir"
Evdə 25-ci məğlubiyyət - Azərbaycan Premyer Liqası
30-cu məğlubiyyət - Premyer Liqa
"Qəbələ" rekordunu təkrarladı - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası