reklam
Voleybol çempionatlarında növbəti oyunların vaxtı
Sportfm.az xəbər saytı

Voleybol çempionatlarında növbəti oyunların vaxtı


Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Sportfm.az xəbər verir ki, qadınlar arasında Yüksək Liqada II dövrənin növbəti matçları fevralın 6-da gerçəkləşəcək

V turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Murov” və UNEC kollektivlərinin dueli baş tutacaq.

Fevralın 7-də kişilər arasında Yüksək Liqada V turun oyunları baş tutacaq. Günün ilk matçı saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” - “Neftçi” qarşılaşması keçiriləcək.

Qeyd edək ki, görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib
Növbəti oyunların vaxtı məlum oldu - Yüksək Liqa
Növbəti oyunların vaxtı - Azərbaycan çempionatları
Azərbaycan çempionatında II turun təqvimi
Növbəti turun proqramı açıqlandı - Voleybol çempionatları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər