reklam
Növbəti oyunların vaxtı -
Sportfm.az xəbər saytı

Növbəti oyunların vaxtı -Azərbaycan çempionatları


Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib.

Sportfm.az xəbər verir ki, qadınlar arasında Yüksək Liqada 2-ci dövrənin son turu fevralın 9-da baş tutacaq.

6-cı turun ilk qarşılaşması “Abşeron” – “Murov” komandaları arasında olacaq. Oyun saat 16:00-da başlanacaq.

Saat 18:00-da start götürəcək ikinci matçda isə UNEC və “Azərreyl” klubları üz-üzə gələcəklər.

Kişilər arasında Yüksək Liqada 6-cı turun oyunları isə fevralın 10-da keçiriləcək. Həmin gün ilk olaraq saat 16:00-da MOİK – “Neftçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. İkinci dövrənin son matçında isə “Xarı bülbül” klubu “Murov”la qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.

Qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib
Növbəti oyunların vaxtı məlum oldu - Yüksək Liqa
Voleybol çempionatlarında növbəti oyunların vaxtı
Azərbaycan çempionatında II turun təqvimi
Superliqada növbəti oyunların proqramı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər