“Kəpəz” rəhbərliyi nazirlə görüşdü -FOTO
“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, üzvü, millət vəkili Müşfiq Cəfərov gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər.
Sportfm.az xəbər verir ki, səmimi ab-havada keçən görüşdə klubun vəziyyəti, əsas komandanın çıxışı müzakirə mövzusu olub.
Nazirin ötən ilin sentyabrında Nizami yurduna səfəri çərçivəsində Gəncə şəhər stadionunda olduğunu xatırladan İlqar Nadiri həyata keçirilən infrastuktur layihələr çərçivəsində aparılan son işlərlə bağlı məlumat verib. Yerli futbol akademiyasının inşasının yaxın müddətdə yekunlaşacağı, arenanın ərazisində salınan köməkçi meydanların yazdan sonra komandaların ixtiyarına veriləcəyini bildirib. Stadionun mövcud durumu barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda “Kəpəzin forması gənclər və idman naziri Fərid Qayıbova hədiyyə edilib. Hədiyyəyə görə təşəkkür edən nazir “Kəpəz”in formasının iş otağını bəzəyəcəyini deyib.
Oxşar xəbərlər
"Kəpəz"ə dəstək üçün bir araya gəldilər - AKSİYA
Nazir Gəncə şəhər stadionunda oldu - FOTO
PFL rəhbərliyi Gəncədə oldu - FOTO
Gəncə stadionuna yenidən baxdılar
İcra başçısı Tərlan Əhmədovla görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Rövşən Nəcəf federasiya prezidentləri ilə görüşdü
-
Cüdoçularımız ilk günü medalsız başa vurdu
-
Polis rəisi “Kəpəz”in qonağı oldu
-
“Kəpəz” “Sumqayıt”a, “Araz-Naxçıvan” “İmişli”yə qarşı - Premyer Liqa
-
Bu gün bir cüdoçumuz mübarizə aparacaq - Böyük Dəbilqə















Misli Premyer Liqası