reklam
6 cüdoçumuz Qran-pridə mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

6 cüdoçumuz Qran-pridə mübarizəyə başlayır -Beynəlxalq turnir


Bu gün Azərbaycanın daha 6 cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pri turnirində mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə kişilərdən 73 kq-da Vüsal Qələndərzadə və Nurlan Osmanov, 81 kq-da Rüstəm Orucov və Elcan Hacıyev qüvvəsini sınayacaq.

Qadınlar arasında isə 63 kq-da Aytac Qardaşxanlı və 70 kq-da Südabə Ağayeva medal uğrunda güləşəcək.

Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.

Oxşar xəbərlər

Cüdoçumuz Qran-pridə 2-ci oldu
Elcan Hacıyev qran-pridə “bürünc” qazandı
Daha bir cüdoçumuz Qran-pridə medal qazandı
Daha üç cüdoçumuz mübarizəyə başlayacaq - Qran-pri
Millimizin qran-pri üçün heyəti açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər