“Sabah”dan 4 qol
Antalyada təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi paytaxt təmsilçisi Serbiya “Voyvodina”sı ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 18:00-da start götürən qarşılaşmada qapılara 6 qol vurulub. Yekunda “Sabah” 4:2 hesablı qələbəyə sevinib. Hesabı 3-cü dəqiqədə “Sabah”dan Davit Volkov açıb. 6-cı və 10-cu dəqiqələrdə fərqlənən Velko Simiç serbləri önə keçirib. 22-ci dəqiqədə Davit Volkov tarazlığı bərpa edib. 46-cı dəqiqədə Aleksey İsayev “Voyvodina”nı 3-cü dəfə cəzalandırıb. Son nöqtəni isə 62-ci dəqiqədə Aleksey Kaşuk qoyub.
Xatırladaq ki, “Sabah” ilk sınaq matçında Polşanın “Varta” komandası ilə heç-heçə (1:1) etmişdi.
Oxşar xəbərlər
"Sabah" Türkiyədə sonuncu yoxlama matçına çıxır
“Sabah”ın ilk sınağından bərabərlik - Yoxlama oyunu
“Sabah”ın legioneri 100-ə çatdı
Komandamız Kipr klubuna uduzdu
"Zirə" və "Sumqayıt" qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa












Misli Premyer Liqası