Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"dən açıqlama:"Koordinatora ehtiyac görmədik"
Qış fasiləsindən sonra uğurlu çıxış edən "Neftçi” son oyunlarda yenidən "qara zolağ”a düşüb. Əvvəlcə ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda evdə "Qarabağ”a uduzaraq (0:2) final şansını çətinə salan "ağ-qaralar”, Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Sumqayıt”a məğlub olaraq (0:2), "kimyaçılar”ı turnir cədvəlində özündən irəli buraxdı. İlk dövrədəki biabırçı çıxışı ilə azarkeşləri hövsələdən çıxaran "flaqman”, ardıcıl iki məğlubiyyətlə yenidən fanatların tənqidinə tuş gəlib. Sumqayıta doğma klublarını dəstəkləmək üçün gedən "Neftçi” azarkeşləri baş məşqçi Elxan Abdullayevi və klub rəhbərliyini istefaya səsləyərək etirazlarını bildiriblər.
Klub rəhbərliyi azarkeşlərin istəyini yerinə yetirib. Lakin istefaya göndərilən nə baş məşqçi, nə də klub rəhbərliyindən kimsə yox, azarkeşlərlə iş üzrə koordinator Kənan Hənifəyev olub.
Komanda.az məsələylə bağlı "Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla əlaqə saxlayıb. Rəsulov Hənifəyevin klubdan göndərilməsini belə izah edib:
"Neftçi”nin rəsmi azarkeş fanklubu yoxdu. Fəaliyyət göstərən bütün fanklublar müstəqildi. Kənanla işlədiyimiz dövrdə o, öz işini müstəsna şəkildə yerinə yetirdi. Biz fanklublarla əlaqə qura bildik. Buna görə, bundan sonra hər hansı koordinatora ehtiyac görmədik. Bu barədə özünə də məlumat verildi. Qarşılıqlı razılaşdıq və onun fəaliyyətinə xitam verildi”.
Oxşar xəbərlər
"Neftçi"nin prezidenti əli cibində azarkeşləri qəbul etdi - FOTO
"Neftçi" mənə lazım olan dəstəyi vermədi" - Mehman Rəsulov
"Kəpəz"dən "Neftçi" rəsmilərinin qovulması ittihamlarına münasibət
"Neftçi"də köməkçi məşqçilər məlum oldu
"Neftçi" Bakıya qayıtdı: Klub rəsmisi azarkeşlərlə əlbəyaxa olmaq istədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası