Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" Bakıya qayıtdı: Klub rəsmisi azarkeşlərlə əlbəyaxa olmaq istədi
Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" Bakıya qayıdıb. Sport7.az xəbər verir ki, paytaxt klubunu hava limanında 70-ə yaxın azarkeş qarşılayıb. Ancaq bu qarşılama mərasimi əvvəlkilərdən fərqli olub. Belə ki, komandanın Makedoniyada "Şkendiya" uduzması azarkeşləri özündən çıxarıb və klub rəhbərliyindən haqq-hesab çəkmək qərarına gəliblər.
Məsələ ilə bağlı açıqlama verən "Forza Neftçi" fan-klubun rəhbəri Sübhan Əliyev durumu belə izah edib: "Fanatların artıq bezib. Bu tarixi klubla heç kim oynaya bilməz. Biz də insanıq. Cavan yaşda qocalırıq. Kimlərsə çıxıb xalqa cavab verməlidi. Aksiya zamanı komandanın baş məşqçisi Vəli Qasımovu istefaya səslədik. Bundan başqa Müşahidə Şurasında lazımsız adamların getməsini istədik. Eyni zamanda kapitan Araz Abdullayevlə də söhbətləşdik. Onun komandada kapitan olmasını istəmirik".
Bizdə olan məlumata görə, "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov həmin vaxt hadisə yerində olmayıb. Azarkeşlərin qarşısına isə icraçı direktorun müavini Mübariz Xudiyev çıxıb. Azarkeşlərin irad bildirməkdə haqlı olmasına baxmayaraq, klub rəsmisi fanatlarla əlbəyaxa olmaq istəyib. Amma bu, baş verməyib.
Daha sonra isə azarkeşlər etiraz aksiyasının davamı olaraq komandanı hava limanından daşıyan avtobusun qarşısında oturaq aksiya keçiriblər. Sübhan Əliyev onu da bildirib ki, "Forza Neftçi" çempionat oyunlarını komandanı boykot edəcək. Rəhbərlik fanatların istəyini yerinə yetirməyənək "Neftçi" azarkeş dəstəyindən məhrum olacaq.
Oxşar xəbərlər
"Neftçi"dən açıqlama:"Koordinatora ehtiyac görmədik"
"Kəpəz"dən "Neftçi" rəsmilərinin qovulması ittihamlarına münasibət
"Neftçi"nin icraçı direktoru yenə dəyişdi
Üç nəfər "Neftçi"dən qovuldu
"Neftçi"də Elnur Məmmədov erası sona çatdı...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası