reklam
Şəhriyar Məmmədyarov liderliyi qoruyur
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarov liderliyi qoruyur


Aprelin 25-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess-2017" şahmat turnirinin beşinci turunun görüşləri keçirilib.

Sportfm.az xəbər verir ki, "Synergy Group" tərəfindən təşkil olunan yarışın lideri, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beşinci turda qara fiqurlarla Hindistan təmsilçisi Pentala Harikrişna ilə heç-heçə oynayıb. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adams ilə heç-heçə edib.

Beşinci turda Bolqarıstan təmsilçisi Veselin Topalov Rusiya şahmatçısı Sergey Karyakinə məğlub olub. ABŞ təmsilçisi Uesli So isə rusiyalı Vladimir Kramniki məğlub edib. Ukraynalı Pavel Elyanov və polşalı Radoslav Voytaşek şahmat taxtasından heç-heçə ilə ayrılıblar.

Beləliklə, beş turdan sonra Ş.Məmmədyarov 3,5 xalla turnir cədvəlinin vahid lideridir. Aktivlərində 3 xal olan P.Elyanov və M.Adams 2-3-cü yerləri bölüşdürürlər. V.Topalov, U.So, S.Karyakin və V.Kramnik 2,5 xalla 4-7-ci sıradadırlar. R.Voytaşek və T.Rəcəbov 2 xalla 8-9-cu yerləri bölüşdürürlər. P.Harikrişna isə 1 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq
Teymur Rəcəbov bütün rəqiblərini arxada qoydu
Qrossmeysterimiz ardıcıl 2-ci dəfə “Shamkir Chess-2017” superturnirini qazandı!
Shamkir Chess-2017: 8-ci tur bitdi
Shamkir Chess 2017: V tura start verildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər