reklam
Shamkir Chess-2017: 8-ci tur bitdi
Sportfm.az xəbər saytı

Shamkir Chess-2017: 8-ci tur bitdi


Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess-2017" beynəlxalq şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib.

Sportfm.az saytı xəbər verir ki, "Synergy Group" tərəfindən təşkil olunan yarışın səkkizinci turunda turnirin lideri, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Polşa təmsilçisi Radoslav Voytaşekə məğlub olub. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbovun Uesli So (ABŞ) ilə görüşü heç-heçə nəticələnib.

Bu turda Rusiya təmsilçiləri qələbə qazanıblar. Vladimir Kramnik İngiltərə təmsilçisi Maykl Adamsı, Sergey Karyakin isə ukraynalı Pavel Elyanovu məğlub edib.

Bolqarıstanlı Veselin Topalov ilə Hindistan şahmatçısı Pentala Harikrişna arasındakı partiya heç-heçə başa çatıb.

Səkkizinci turda məğlub olmasına baxmayaraq, Ş.Məmmədyarov turnir cədvəlində vahid liderliyi davam etdirir. Şahmatçımızın aktivində 5 xal var. U.So ikinci, V.Topalov isə üçüncü sıradadır. Hər iki şahmatçı 4,5 xal toplayıb. Onlardan yarım xal az toplayan S.Karyakin, V.Kramnik, R.Voytaşek və M.Adams müvafiq olaraq, dördüncü, beşinci, altıncı və yeddinci yerlərdə qərarlaşıblar. Sonrakı yerləri isə müvafiq olaraq, Pavel Elyanov (3,5 xal), Teymur Rəcəbov (3,5) və P.Harikrişna tuturlar.

Turnirə aprelin 30-da yekun vurulacaq.

Oxşar xəbərlər

“Shamkir Chess 2019” superturnirinə yekun vuruldu
Qrossmeysterimiz ardıcıl 2-ci dəfə “Shamkir Chess-2017” superturnirini qazandı!
Şəhriyar Məmmədyarov liderliyi qoruyur
Shamkir Chess 2017: V tura start verildi - FOTO
Reytinqdə yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster Azərbaycana gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər