reklam
Karateçilərimizin Afina sınağı -
Sportfm.az xəbər saytı

Karateçilərimizin Afina sınağı -Beynəlxalq turnir


Azərbaycan karateçiləri yanvarın 13-15-də Yunanıstanın paytaxtı Afinada Seriya A turnirinə qatılacaq.

Sportfm.az xəbər verir ki, yarışda 10 idmançımız mübarizə aparacaq.

Kişilərdən Ramil Baxşəliyev (60 kq), Firdovsi Fərzəliyev (67 kq), Ayxan Mamayev, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq), Tural Ələkbərli və Samir İbrahimov (hər ikisi 75 kq), qadınlardan Fidan Teymurova (50 kq), Renata Ərəbli, Suada Kərimova və Ayla Rzazadə (hamısı 61 kq) turnirdə qüvvəsini sınayacaq.

Turnirsə ümumilikdə 73 ölkənin karateçiləri mübarizə aparacaqlar.

Oxşar xəbərlər

İdmançılarımız Seriya A turnirində
İrina Zaretska Qran-pridə iştirak edəcək
Mərakeşdə Azərbaycanı 14 idmançı təmsil edəcək
Yığmamızın üzvləri Seria A-da iştirak edəcək
Karateçilərimiz Premyer Liqada çıxış edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər