reklam
Yığmamızın üzvləri Seria A-da iştirak edəcək
Sportfm.az xəbər saytı

Yığmamızın üzvləri Seria A-da iştirak edəcək


Karate üzrə Azərbaycan milli komandasının əsas və əvəzedici heyətinin bir neçə üzvü martın 2-4-də Avstriyada “Seria A” turnirində iştirak edəcək.

Sportfm.az xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) “Karate-1” yarışlarından olan Zalsburq mərhələsində səkkiz idmançımız mübarizə aparacaq.

Qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (84 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq.

Qeyd edək ki, turnirdə 88 ölkədən 1597 idmançı medallar uğrunda mübarizə aparacaq.

Oxşar xəbərlər

Karateçilərimiz beynəlxalq turnirdə mübarizə aparacaqlar - Birillik fasilədən sonra
İdmançılarımız Madriddə mübarizəyə başlayır
İdmançılarımız Premyer Liqa turnirində iştirak edəcəklər
9 azərbaycanlı Seriya A-da
Millimiz İstanbulda Karate-1 Premyer Liqa turnirində iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər