reklam
“Qarabağ”la “Neftçi”nin futbolçularına cəza -
Sportfm.az xəbər saytı

“Qarabağ”la “Neftçi”nin futbolçularına cəza -AFFA


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, İntizam Komitəsi “Qarabağ” və “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandalarının futbolçularını cəzalandırıb.

Ağdam klubunun oyunçusu Emil Binyətzadə “Sabah”la görüşdə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiya olunub.

“Neftçi”nin üzvü Aslan Şirinovun cəzası daha ağır olub. O, “Qəbələ” ilə keçirilən qarşılaşmanın ardından hakimin qərarına etiraz etdiyindən, ikinci sarı vərəqə alıb. Şirinov ardından hakimlərin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlətdiyi üçün komandasının qarşıdakı 4 oyununu buraxmalı olacaq.

Bundan başqa, “ağ-qaralar”dan Bəhruz Qurbanlı həmin görüşdə qırmızı vərəqə aldığı üçün 2, “Qəbələ”nin oyunçusu Ravil Qafarov isə 1 oyunluq cəzaya məruz qalıblar.

Oxşar xəbərlər

Vaqif Cavadova ağır cəza - QƏRAR
Murad Musayevə 1 oyunluq cəza - QƏRAR
“Zaqatala” himnə görə cərimə olundu - Qərar
“Neftçi”nin baş məşqçisinə ağır cəza - Qərar
İntizam Komitəsinin qərarları açıqlandı - AFFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər