reklam
Kadinin Rusiya klubuna keçidi baş tutmadı
Sportfm.az xəbər saytı

Kadinin Rusiya klubuna keçidi baş tutmadı


"Qarabağ"ın futbolçusu Kadi Borgesin Rusiyanın "Krasnodar" klubuna keçidi baş tutmaya bilər.

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisinin tələblərinin yüksək olması səbəb kimi göstərilib.

Tərəflər 26 yaşlı yarımmüdafiəçinin transferinin məbləği ilə bağlı razılığa gələ bilmirlər.

"Köhlən atlar" məbləğdə güzəştə getməsə, Rusiya klubu bu keçiddən imtina edəcək.

Futbolçunun nümayəndəsi Helsio Alisk də danışıqlar barədə məlumatsız olduğunu açıqlayıb: "Kadinin transferi ilə bağlı hazırda baş verdiyini bilmirəm. Çünki klublar birbaşa danışıqlar aparırlar".

Qeyd edək ki, Kadi Borges 2021-ci ildən "Qarabağ"ın formasını geyinir. Braziliyalı oyunçu cari mövsüm 31 oyuna çıxıb, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Kadinin yeni klubu bəlli oldu
Kadi əməliyyat olundu
Rusiya klubu Kadi transferini açıqladı
Kadi Borges “Qarabağ”dan ayrıldı
Kadi niyə “Qarabağ”ı atdı? - 10 dəfə çox qazanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər